Bazar
28 Апреля 2024
03.48.32
Axtarış
BİZƏ MƏSLƏHƏTİNİZ
200
STATİSTİKA

Online cəmi : 1
Qonaqlar: 1
İstifadəçilər: 0
XƏBƏR SAYI
  • Bioatom 26
  • İlahe 7
  • Bexoneuc 2
  • TaHoE 2
  • Ibadulla 0
  • ŞƏKİL ƏLAVƏ EDƏN
  • Bioatom 394
  • MIN_ZX 26
  • Cahangesht 5
  • Bexoneuc 4
  • TeNhA-OqLaN 0
  • ƏN SON XƏBƏRLƏR
    Bu gün material əlavə olunmayıb
    İSTİFADƏ ETDİYİNİZ BROWZER
    Kalendar
    «  İyun 2010  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Ən son şəkillər
    Sosial blok

    BALAXANI

    Əsas » 2010 » İyun » 28 » Balaxanlı xarici işlər naziri
    11.56.10
    Balaxanlı xarici işlər naziri


    Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın  1-də  Bakıda Balaxanıda qulluqçu  ailəsində  anadan  olmuşdur.1953-cü  ildə  orta  məktəbi  müvəffəqiyyətlə,  1958-ci ildə  isə  Azərbaycan  Dövlət  Universitetinin filologiya fakültəsini  fərqlənmə  diplomu ilə  bitirmişdir. O,  Universietetdə  oxuduğu zaman  ən fəal  tələbələrdən olmuş və Azərbaycan  Dövlət  Universitetinin komsomol  komitəsinin  katibi vəzifəsində işləmişdir. 1958-1961-ci  illərdə  E.Qafarova  ADU-nun  aspirantı olmuş  və  namizədlik  dissertasiyasını müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. E.Qafarova 1961-1962-ci illərdə  Azərbaycan KP  MK-da elm və ali məktəblər şöbəsində təlimatçı, 1961-1962-ci illərdə  isə  Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının katibi  vəzifələrində çalışmışdır. Tezliklə respublika gəncləri arasında böyük hörmət və nüfuz qazanan E.Qafarova  Azərbaycan  LKGİ-nin birinci katibi  seçilmişdir. O, bu vəzifədə 1966-1970-ci illərdə  işləmişdir.  E.Qafarova  bu  məsul  vəzifədə  Azərbaycan gənclərinin  həyatda,  təhsildə,  istehsalatda  bilik və bacarıqlarının artırmaları, inkişaf etdirmələri sahəsində xeyrli zəhmət çəkmişdir.

    E.Qafarova  1970-1971-ci illərdə Azərbaycan  KP MK mədəniyyət  şöbəsi  müdirinin müavini,  1971-1980-ci illərdə  isə  Azərbaycan  KP  Bakı Komitəsinin  ideologiya katibi olmuşdur.  O,  bu  vəzifədə  Bakı  şəhərinin  abadlaşdırılması, yaşıllaşdırılması, fəhlələrin,xüsusən  gənc  fəhlələrin  partiyanın  ideoloji mübarizəsinə cəlb edilməsi sahəsində xeyli iş görmüşdür.  1980-1983-cü  illərdə  Azərbaycan SSR  maarif naziri  vəzifəsində çalışmış  E.Qafarova  Azərbaycanda maarifçiliyin  yayılmasında, məktəb  şəbəkələrinin çoxaldılmasında,  savadlı, bilikli, təcrübəli müəllimlərlə təmin olunmasında,  uşaqların  təhsilə  cəlb  edilməsində  yaxından  iştirak  etmiş, bir  sıra  məktəb olimpiadalarının əsas təşkilatçısı olmuşdur. 

    E.Qafarova 1983-1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsini daşımışdır. E.Qafarova  xarici  işlər naziri  kimi Azərbaycanın  Avropa,  Asiya  və  Afrikanın bir  sıra  ölkələri  ilə  siyasi, ictimai və mədəni  əlaqələrinin  genişləndirilməsi,bir-birinə  nümayəndələr göndərməsi sahəsində, beynəlxalq müşavirə, konfrans və sessiyalarda yaxından  iştirak  etmişdir.

    O, 1984-cü ilin oktyabrında BMT Baş Məclisinin XXXIX sessiyasının  və  onun  komitələrinin iclaslarında iştirak  və  çıxış  etmişdir. BMT Baş Məclisinin  XXXIX  sessiyasının  üçüncü komitəsinin nümayəndələri  irqçilik və irqi  ayrı-seçkilik qalıqlarının kökünü kəsmək məsələlərini müzakirə etmişlər. Diskussiyada birinci çıxış edən E.Qafarova  irqi  ayrı-seçkiliyi  kəskin tənqid  edərək  demişdir:  «Bütün  sahələrdə  irqi  ayrı-seçkiliyi  şirnikləşdirənlər  hansı demokratiyadan, hansı vətəndaşlıq hüquqlarından, siyasi və ya sosial-iqtisadi hüquqlardan danışa  bilərlər». 

    E.Qafarova üçüncü komitənin «Beynəlxalq gənclər ili: iştirak,inkişaf və sülh» diskussiyasında çıxış  edərək  demişdir:  «Gənclərin  işsizliyi  və  qeyri-hüquqi  vəziyyəti  problemi  bir  sıra  ölkələrdə ağır problemdir. Çox vaxtgənclər irqçiliyin, aparteidin və irqi ayrı-seçkiliyin obyekti olur, onların əsas siyasi və sosial-iqtisadi hüquqlarıkobud şəkildə tapdalanır... BMT bunların həllinə daim diqqət yetirməlidir».   1987-1989-cu illərdə  E.Qafarova  Azərbaycan  SSR  Nazirlər  Soveti  sədrinin  müavini  vəzifəsində  çalışmışdır. O, bu  vəzifədə  də  humanitar  sahələrə-elm,  mədəniyyət, maarif sahələrinə  rəhbərlik  etmişdir. 

    Məsul vəzifələrdə inam və  xalqa sədaqətlə, pillə-pillə addımlayan E.Qafarova 1989-1990-cu illərdə  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. O, Rəyasət Heyətinin sədri kimi bir sıra iqtisadi və siyasi  əhəmiyyətli sərəncam  və qərarlarının verilməsində  fəal  iştirak etmişdir. 1989-cu il dekabrın  30-da  Gəncə şəhərinin  adının  bərpa olunması  və 1990-cı il martın  13-də  Azərbaycan  xalqının  milli  bayramı olan  Novruz  bayramının  rəsmən qeyd edilməsi  haqqında  fərmanları E.Qafarova imzalamışdır. 
     
    Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin dövründə, erməni silahlı qüvvələrinin  torpaqlarımızı işğala başladığı  bir  vaxtda sovet qoşunları 1990-cı il yanvarın  19-dan  20-nə  keçən  gecə  Bakıya soxularaq dinc adamları qətlə yetirdi. Bu vaxt E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə  etiraz  bəyanatı  ilə  çıxış  etmiş  və  onun  haqqında həqiqəti tezliklə bütün ölkələrə yaymağa başlamışdır.  Həmin  bəyanatda  deyilirdi:  «SSRİ Ali Soveti Rəyasət Heyəti  tərəfindən respublikamızın  Bakı  şəhərində  fövqəladə vəziyyət elan edilməsi  ilə əlaqədar olaraq  Azərbaycan  xalqı,  respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan  SSR  ali dövlət hakimiyyət  və idarə orqanları SSRİ  Ali  Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər.Tökülən  qan üçün  bütün  məsuliyyət  bu  qərarı qəbul  etmiş  və  bilavasitə  onun  icrasını  təmin  etmiş  SSRİ orqanları  və  onların  vəzifəli  şəxslərinin  üzərinə  düşür».

    Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın  21-22-də Azərbaycan  SSR  Ali  Sovetinin  fövqəladə  sessiyasını  çağırdı  və ona  başçılıq  etdi. Sessiya  yanvarın 22-də E.Qafarovanın  imzası  ilə  «SSRİ Ali Sovetinə,  müttəfiq respublikaların Ali Sovetlərinə,  Sovet İttifaqı  xalqlarına, dünyanın  bütün ölkələrinin  parlamentlərinə, Birləşmiş  Millətlər  Təşkilatına  Azərbaycan SSR  Ali Sovetinin Müraciəti»ni  qəbul  etmişdir.  Müraciətdə  deyilirdi:  «Bakının  və bütün  Azərbaycanın  dinc  əhalisinə  qarşı  misli  görünməmiş  dəhşətli  cinayət  törədilir.  Helsinki və Vyana  müqavilələrinin  sənədlərini  imzalayan  hüquqi dövlət yaratmaq  iddiasında  olan  sovet  dövləti  qanunları  tapdalayaraq... 

    SSRİ  Ali Sovetinin  sanksiyası  və  respublikanın  ali  hakimiyyət  orqanlarının  razılığı olmadan yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana qarşı təcavüz etmişdir müxtəlif silah növlərindən (tanklardan, zirehli transportyorlardan,  avtomat  silahlardan,  hərbi  aviasiya və donanmadan)  istifadə  edərək  elan  olunmadan  Bakı  şəhərinə,respublikanın  digər  rayonlarına  hücum  edib dinc əhalini, Bakıda  fövqəladə  vəziyyətin elan olunmasına və şəhərə qoşun hissələrinin girməsinə  etiraz edənləri amansızcasına qırmışlar. Yüzlərlə ölən, minlərlə yaralanan və itkin düşənlər var.

    Azərbaycan SSR Ali Soveti ölkə və dünya ictimaiyyətinə müraciət  edərək onları Azərbaycan torpağında törədilmiş bu milli qırğın aktını pisləməyə çağırır». 1990-cı ilin mayından respublikada prezident  idarəçiliyinə keçildi, Azərbaycan SSR Ali Sovetinin  Rəyasət  Heyəti  və  onun  sədri  vəzifəsi ləğv  olundu. E.Qafarova deputatlar  tərəfindən  yekdilliklə  Azərbaycan  SSR Ali Sovetinin sədri seçildi. O, 1990-1992-ci  illərdə  Azərbaycan Ali Sovetinə  sədrlik etmişdir. E.Qafarova yaranmış  ağır  şəraitə  baxmayaraq,  Ali  Sovetin  sessiyalarını  müntəzəm  çağırır, qoyulan məsələlərin həllinə və respublikanın tam müstəqil olmasına, beynəlxalq aləmdə tanınmasına və  nüfuzunun  artmasına  çalışırdı. 

    E.Qafarova Ali Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün  tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş və hadisələr baş vermişdir. Məsələn, 1991-ci il oktyabrın 18-də  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsi; oktyabrın 29-da onun müstəqilliyinin  tanınması  haqqında  «Dünya  birliyinin  üzvü olan dövlətlərin parlament  və  hökumətlərinə  Ali  Sovetin  müraciəti»; 1992-ci il martın 2-də Azərbaycan Respublikasının BMT-də qəbul edilməsi və s.  E.Qafarova  dəfələrlə  Azərbaycan SSR Ali Sovetinin  deputatı, Azərbaycan KP MK və Bakı Komitəsinin üzvlüyünə namizəd və üzvü, ÜİLKGİ MK və ALKGİ MK üzvü olmuşdur. Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan KP və Bakı Komitəsinin, ÜİLKGİ və ALKGİ-nin plenum, konfrans və qurultaylarında iştirak  etmişdir. 

    O, bir ictimai  və  dövlət  xadimi  kimi  iki  dəfə  Qırmızı  Əmək  bayrağı  və  Şərəf  nişanı  ordenləri  ilə mükafatlandırılmışdır. 

    E.Qafarova 1993-cü il avqustun 1-də  Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn ol unmuşdur. 

    Baxış: 724 | Əlavə edib: Bioatom | Reytinq: 0.0/0
    Şərhlər: 0
    Yalnız qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Daxil ol ]