Novruz - 19 Марта 2011 - BALAXANI
Çərşəmbə axşamı
28 Mart 2017
15.56.31
Axtarış
BİZƏ MƏSLƏHƏTİNİZ
200
STATİSTİKA

Online cəmi : 1
Qonaqlar: 1
İstifadəçilər: 0
XƏBƏR SAYI
  • Bioatom 26
  • İlahe 7
  • TaHoE 2
  • Bexoneuc 2
  • Yeraz 0
  • ŞƏKİL ƏLAVƏ EDƏN
  • Bioatom 394
  • MIN_ZX 26
  • Cahangesht 5
  • Bexoneuc 4
  • TeNhA-OqLaN 0
  • ƏN SON XƏBƏRLƏR
    Bu gün material əlavə olunmayıb
    İSTİFADƏ ETDİYİNİZ BROWZER
    Kalendar
    «  Mart 2011  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Ən son şəkillər
    Sosial blok

    BALAXANI

    Əsas » 2011 » Mart » 19 » Novruz
    10.55.03
    Novruz

    Novruz Bayramı


     Novruz bayramının tarixi haqqında Elmi araşdırmalar NOVRUZ bayramının yaranmasını çox qədim vaxtlara - Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.

    Dörd Novruzağzı İlaxır çərşənbəsi və Novruz bayramı — öz-özlüyündə ulu babalarımızın iki başlanğıc — ulu Su və ulu Od, onların törəməsi Yel-Hava və Yer-Torpağın pərəstişinə söykənən ən qədim ümumxalq şənliyidir.
    Bəllidir ki, martın 21-i, Novruz bayramı günü Günəş zodiak qürşağının «Balıq» bürcündən «Qoç» bürcünə keçir. «Balıq» bürcünün nişanı Su, Qoç bürcünün nişanı isə Oddur. Çərşənbələrdə tez- tez suya müraciət olunmanı, bayram axşamı və bayram günü saysız-hesabsız tonqalların alışdırılması, yaxud bayram şənliklərində qoçların ən'vnəvi döyüşü Qoç və Balıqlar bürcünə, ulu Oda və Suya işarə deyilmi? Novruzun müqəddəs günündə Su ilə Odun qovuşmasından Həyat və İnsan yaranmışdır.
    Ulu babalarımız Su ilə Odun yer bətnindən doğulduğunu güman edir və hər il bahar çağı yurdumuzun bir sıra bulaqlarında həm alov şöləsi, həm qaynar suyun birgə püskürməsi (keçmişdə isə Xəzər dənizi dibindən odun qaz halında su üzüna çıxıb alışması) və digər qaynar neftli, yanar qazlı suların yerdən çıxması insanların maraq və diqqət mərkəzində olmuşdur. Su ilə Odun bir - biri ilə qovuşmasını orta çağların nəqqaşları balıq üzgəjli, balıq quyruqlu, aslan gövdəli, aslan təpəli uydurma bir məxluq sürətində təsvirləyirmişlər.
    Soruşula bilər, bəs Novruzla bağlı yaz bərabərliyİ, baharın gəlişi və bununla bağlı «Koskosa» kimi ən'ənəvi mərasim və oyunlar nejə olsun?
    İl boyu Günəşin səmada keçdiyi yol zodiak bürcünün 12 nişanəsindən keçir. Martın 21 (bayram günü) və sentyabr 21-də yaz və payız bərabər günləridir (gündüz gejəyə bərabər olur). Hər il iyun ayının 21-i ən uzun, dekabrın 21-i isə ən qısa gündür. Bizim əjdadlarımız inanırdılar ki, martın 21-də İşıq tanrı olan Günəş taxt-taca sahib olur və öz qüdrətini saxlayaraq (sentyabrın 21-dək) dünyanı idarə edir (bu təsir iyunun 21-də ən yüksək nöqtəyə çatır). Həmin tarixdən (21 sentyabr) başlayaraq Günəş qoçalır və 21 dekabrda əldən düşərək öz taxtından qaranlıq mağaraya yuvarlanır. Lakin qüdrətli Günəşi mağaradan keçi xilas edir və hələ zəif olan Günəş yavaş-yavaş qüvvə toplayır ki, Novruzda yenidən taxta çıxsın. 21 dekabrda zodiakın «Ox atan» bürcü «Oğlaq» bürcü ilə əvəz olunur. Ərəb dilində «köüs» «Ox atan» deməkdir və bizim dilimizdə sonralar bu söz «Kosa»ya çevrilmişdir. Kosanın Yer üzündə yolçusu olan keçi isə səmadakı «Oğlaq»dır.
    Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi, odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı Çərşənbə yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullamaqla bərabər bu sözlər deyilir: "Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
    Bayramın keçirilməsi barədə nisbətən ətraflı mə'lumatə biz yalnız 2000 il bundan önjə qələmə alınmış yazılarda təsadüf edirik. Vaxtilə tarixçilərdə hökmdarların həyatı, saray və orada baş vermiş hadisələr daha böyük maraq oyatdığına görə, Novruzun ilkin çağları anjaq saray mühitilə əlaqələndirilir və bayram yalnız «taxt-tac sahibləri» — şahlara, soltanlara məxsus rəsmi bir bayram kimi təqdim olunurdu. Belə ki, bir zamanlar İşıq tanrının əfsanəvi ulu bir "Şah" olduğuna inanan insanlar mövjud dövlət başçısını Sama Odunun yer üzündəki əvəzi, kölgəsi sanmış, Günəşin "taxta çıxması" günü — Novruz bayramını isə yer üzündəki hökmdarın jülusutək qəbul edir, bayram tədbirlərini onunla əlaqaləndirib, onun iştirakı ilə həyata keçirirdilər. Əbəs yerə deyildir ki, Yaxın Şərqdə rəsmi jülus mərəsimləri, bir adət-ən'ənə olaraq Novruz gününə qədər "yubadılır" və mübarək bayram günü ijra olunurdu.
    Uzaq keçmişdə taxt - tac sahibi bayram günü adət üzrə adi günlər geydiyi qırmızı libasın müqabilində bərli-bəzəkli rəngli rəsmi paltar geyir, başına "novruzi" deyilən ağ rəngli xüsusi bir papaq qoyurdu. Bundan əlavə, adət-ən'ənəyə görə, bayram gününün səhəri hökmdarın önünə gümüş bir kürsüdə yeddi ağ kasa və təzəçə kəsilmiş yeddi ağ sikkə düzürdülər. Ardınja ona yenə gümüş sinidə ağ şəkər və kəsilib təmizlənmiş hind qozu gətirilirdi. Bir sözlə, dövlət başçısı bayram gününü içində xurma üzən təzə sağılmış südü içməklə başlar və hind qozunun "südü"ndə isladılmış xırda xurmalar daddıqdan sonra bunlardan əzizlərinə də yedirdirdi.
    Bəlli.olur ki, bir vaxtlar Novruzun ilk günü və bir neçə gün sonra bir ağ şahin quşunu açıq səmaya buraxırdılar. Gördüyümüz kimi, bayramda saf ağ-bəyaz rəngin xüsusi əhəmiyyət kəsb etməsi, başqa sözlə, dövlət başçısının, sonralar isa bütün bayram iştirakçılarının Novruz günü ağ paltar, ağ papaq geyib, şəkər, pendir, süd və s. ağ şey yeyib içməsi və ağ bir quşun səmaya buraxılması mutaxəssislərin fikrinjə, bilavasitə saf ağ işığın və pak ağ rəngin sehri ilə bağlıdır. Ağ rəng hər zamən qalib işığın, muzəffər Səma Odunun timsalı, xoşbəxtlik, paklıq rəmzi tək tanınmış və Novruz günu insanların ağ rənglə sıx tamasda olması, sən demə ulu Günəşin saf ağ işığını əyani və jismani şəkildə "mənimsəmək", onun ilahi qüvvəsinə qovuşmaq və bununla sağlamlıqlarını təmin etmək məqsədi güdülürdü. Təsadüfi deyildir ki, sonrakı il inamına görə, kim Novruzun ilk günü subh çağı ağzını açıb bir kəlmə belə demədən şəkər dadarsa, o üzə gələn ildə bütün azar-bezardan xilas olur.
    Bunlarla yanaşı, bayram səhəri yenə gümüş bir sinidə yeddi «hübubat» — buğda, arpa, düyü, darı, noxud, paxla və lobya kimi dənli, bitkilərin hərəsindən bir dənə qoyub, sininin ortasına — heyva, alma, nar, turunj, innab, zeytun, üzüm kimi "yeddi meyvə" ağaçından kəsilmiş iki-üç bəndəmli çubuqları düzdükdən sonra sinini taxt-tac sahibi önüna qoyurdular. Maraqlıdır ki, Xəzan güz-bahar bayramında həmin gümüş sinidəki yeddi hübubatın unundan bişirilmiş yeddi kökə və yeddi meyvə ağaçının bəhəri yerləşdirilirdi və qayda-qanuna görə hökmdar həmin bəhərin hərəsindən azja dadmalıydı.
    Qədim səlnamələrə görə Novruz "bayramyürüşü"nun önündə və ilk sıralarında aparılan gümüş "atəşdan"ın ardınja, bir ilin günlərinə müvafiq, qırmızı bürünjəkli, başlarında çələng, əllərində ujuna ğızıl və gümüş nar, alma və heyva fiqurları (sonralar turunj) sanjılmış xüsusi nizələr tutan üç yüz altmış beş nəfər javan addımlayırdı. Onların dalınja Səma Odunun səkkiz ata qoşulmuş ikitəkərli arabası yeriyirdi. Daha sonra, hamını heyrəta salan iri jüssəli, «günəş nurlu» bəyaz at «xingə» irələyirdi.
    Sonralar, Nizami Gəncəvinin yaşadığı dövrlərdə Novruz günü eyvanda, xüsusi bir taxtda əyləşmiş hökmdarın qarşısından seçmə ağ atlar aparılır, qızıl-gümüşdən hazırlanmış qoşqu ləvazimatı nümayiş etdirilirdi.
    Həmin dövrdən 600 il sonra Azərbayjanda, xanlıqlar çağı Qarabağda Novruz bayramını təsvir edən Y.V. Çəmənzəminlinin "Qan içində» romanında bayram yürüşündəki at üstə yeriyən bəylərin Şuşada Xıdır düzünə yollanmasından danışılır. İzdihamın önündə yalları xınaya boyanmış ağ atda, əyninə ağ çuxa, ağ arxalıq geyib başına ağ dərin papaq qoymuş Qarabağ xanı irələliyərdi. Qafilə Jıdır duzündəki təpədə qurulmuş çadırlara çatdıqda hamı atlardan enib çadırlara keçirdi və s.
    VIIl-XI yüzillərin qaynaqlarında isə yaxın Şərqdə Novruz günü şəhərlərin baş küçələrilə və təntənəli şəkildə taxt-tac sahibi yaxud şəhər rəisinin zəngin bayram sufrəsi — "xan"ın gəzdirilməsindən xəbər verilir. Həmin nəhəng süfrənin ortasında noğul-nabat və şəkərlənmiş meyvələrdən bir "portağal ağaçı" quraşdırılır, onun budaq, yarpaq və meyvələrini şəkərdən hazırlayıb, üzərinə yenə şəkərdən minlərlə fiqur və təsvirlər sanjır, ətrafında qurulmuş «yeddi qəsr»in içi cürbəcür qoğal və şirniyyat ilə doldurulurdu. Qaydaya görə, yoldan keçən hər kəs bu süfrəyə yanaşıb arzuladığı qoğal və şirnini götürə bilərdi.
    Orta çağların Novruz yürüşlərində ayrı - ayrı peşə birliklərinə məxsus metal emblem və nişanlarla bəzənmiş tuğ, ələm və digər "bayraq"ların gəzdirilməsi bayram tədbirlərini bir qayda olaraq peşə birlikləri "əsnaf"ların təşəbbüsü və fəal iştirakı ilə həjata keçirildiyinə işarədir
    Bayramın ən baxımlı və heyrətamiz dəqiqələrindən biri atəş və fişəng tədbirləri olmuşdur. Burada atəşbaz ustalar tezalışan materiallardan quraşdırdığı müxtəlif bürj, qəsr modelləri, div, əjinnəşeytən və s. fiqurları yürüş zamanı xərəklərdə gəzdirdikdən sonra, düzənliyə və ya geniş bir meydəna gətirilir və hava qaraldıqda orada onlara od vurulurdu.
    E'tiraf edək ki, bir zamanlar Novruz bayramları bədii yaradıcılığın, sənətlərin bütün sahələri üzrə inkişafına güçlü təkən olub yeni-yeni əsərlərin meydana gəlməsindən ötrü geniş imkanlar açırdı. Novruzla bağlı rəsmi ziyafət məjlislərində şairlər, müğənni və çalğıçılar sama odu Günəşi, onun saf işığını, dörd müqəddas varlığı, yazın gəlişini tarənnüm edirdilər. Əski adət - ən'ənəyə görə, Mübarak Novruz günü dövlət başçısı günahkarları əfv edib bağışlayırdı.
    Qədim astroloci təsəvvürə görə martın 21-i, Yaz güntəni — NOVRUZda ulu Günəş zodiağın "balıqlar" bürcündən ayrılıb, "qoç" bürcünə daxil olur. Qalib Səma Odunun "qoç" bürcüna keçməsi və onun «taxta qalxıb hakimiyyəti əla alması», saf ağ işığın təntənəsi, həm də ötən ilin qurtarıb təzə ilin başlanmasıtək qiymətləndirilir və bu "keçid anı" — "iltəhvil" və ya "təhvil saatı" adlanırdı. Həmin məqama bir az qalmış həm saraylarda, həm ayrı-ayrı evlərdə bayram süfrələri açılırdı. Adət üzrə həmin mübarək süfrələrə üzərinə ağ yumurta qoyulmuş bir güzgü («yumurta» — həyat başlanğıcının rəmzi, "Güzgü" isə Günəş işığının inikasıdır) yerləşdirib onun önünə bir az buğda səpirdilər. Sonra onun hər iki tərəfində və ya hər qab-qaşıq yanında ailə üzvlərinin (bə'zən yalnız uşaqların) sayına müvafiq şamdan yaxud çıraq düzürdülər.
    Süfrənin ortasına mis və ya gümüş sinidə mübarək «yeddisin xonçası» yerləşdirilirdi. Bu xonça ilə yanaşı süfrədə hökmən səməni olmalı və yeddi cür "əjəl", məs: xurma, püstə, fındıq və s. düzülməlidir.
    Bir azdan səbrsizliklə gözlənilən «iltəhvil saatı" yaxınlaşır və onu saraylarda münəjjimlərin mürəkkəb hesablamaları, evlərdə isə süfrədəki su qabında yarpağın diksinməsi, güzgü üzərindəki yumurtanın hərlənməsi və qırmızı balıqların donub xeyli bir vəziyyətdə dayanması ilə müəyyən edirdilər. Bu zaman evin, ailənin böyüyü — «səməni saxla məni, ildə göyərdərəm səni» — deyərək, süfrədəki səmənidən bir az qayçılayıb, qayçını yaşja özündən kiçiyə ötürür, o da bu hərəkəti təkrarlayırdı. Bu yolla bütün ailə üzvləri səmənidən bir az qayçılayırdı.

    Bilirik ki, tarix boyu bir çox dinlər, e'tiqadlar və ideologiyalar Novruz bayramından öz xeyirlərinə istifadə etməyə çalışmış, bayramın qayəsini, məfkürəsini mənimsəyərək öz məqsədlərinə uyğunlaşdırmağa sə'y göstərmişlər. Bizim günlər jəmiyyətdə ekologiya, ulu Təbiəti qorumaq, İnsan və ətraf mühit haqda qayğı və çalışmalar hədsiz əhəmiyyət kəsb etməyə başlayır. Novruzun məfkürəsi hej vaxt olmadığı kimi hazırda, üçünjü minilliyin əvvəlində xüsusilə aktual səslənir. Bu gün öz qəti addımlarını atan Azərbayjan novruzşünaslığının və milli bayramlarımızın formalaşıb təkmilləşməsi üjün təşkilati işlər görmək vaxtı çatmışdır. Novruzu və digər milli bayramlarımızı yüksək səviyyəde meydana çıxarmaq üçün bu sahədə çalışan bütün qüvvələri bir mərkəzdə toplamağa ehtiyac duyulur.

            Biz də öz saytımız adından sizi və yaxınlarınızı Novruz Bayramı münasiətilə təbrik edirik və sizə arzu edirik ki nece ki bu bayramda hamınızın sufresi bol və ruzulu olur həmişə belə olsun və bərəkət evinizdən əksik olmasın amin.

    Istinad Xazar.com

    Baxış: 1431 | Əlavə edib: Bioatom | Reytinq: 10.0/5
    Şərhlər: 1
    1 Bioatom   (19 Mart 2011 11.19.10)
    maraqlı məlumatdı oxumağınızı meslehet gorərdim cool

    Yalnız qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Daxil ol ]