Çərşəmbə axşamı
30 Апреля 2024
21.48.26
Axtarış
BİZƏ MƏSLƏHƏTİNİZ
200
STATİSTİKA

Online cəmi : 1
Qonaqlar: 1
İstifadəçilər: 0
XƏBƏR SAYI
  • Bioatom 26
  • İlahe 7
  • Bexoneuc 2
  • TaHoE 2
  • Ibadulla 0
  • ŞƏKİL ƏLAVƏ EDƏN
  • Bioatom 394
  • MIN_ZX 26
  • Cahangesht 5
  • Bexoneuc 4
  • TeNhA-OqLaN 0
  • ƏN SON XƏBƏRLƏR
    Bu gün material əlavə olunmayıb
    İSTİFADƏ ETDİYİNİZ BROWZER
    Kalendar
    «  Aprel 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Ən son şəkillər
    Sosial blok

    BALAXANI

    Əsas » 2010 » Aprel » 17 » Ağ kostyumdakı qara ləkənin sirri
    16.22.46
    Ağ kostyumdakı qara ləkənin sirri


    Tarixçilərin araşdırması nəticəsində məlum olub ki,
    Balaxanıda lap qədim zamanlardan mədrəsələr fəaliyyət göstərib. Böyük Mirzə
    Ələkbər Sabirin də 1910-cu ildə Balaxanı məktəblərinin birində dərs deməsi də bunun
    bariz nümunəsidir. Bir sıra şeirlərini də məhz Balaxanıda yazıb-yaradıb. Onun
    kənd məktəbində işləməsinin maraqlı hekayətini Balaxanı sakini Azər bəy
    danışır: "Şair yaşadığı Şamaxı rayonunda vərəm xəstəliyindən əziyyət çəkdiyi
    vaxtlarda kənd milyonçusu Hacı Soltanəli onu Bakıya gətirdərək Kürdəxanı
    qəsəbəsindəki şəxsi bağında müalicə etdirir. Mirzə sağalandan sonra Hacı
    Soltanəli də şairin minnətdarlığının müqabilində ona kənddəki məktəbdə dərs
    deməyi təklif edir. Şair də bu təklifə etiraz etmir”.

    Balaxanı kəndi böyük şəxsiyyətlər yetişdirib. Bəstəkar Cahangir Cahangirov,
    sabiq milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov, Milli Məclisin sədri Elmira
    Qafarova bu kəndin yetirmələridir. Hazırda kəndin küçələrindən biri və 4 saylı
    məktəb C.Cahangirovun adını daşıyır. Milyonçular kəndinin var-dövlətindən
    əsər-əlamət qalmayıb. Kəndlilər deyir ki, ötən əsrin əvvəllərində
    balaxanılıları bahalı geyimindən, məclislərə qızıl-zinət içində gəlməsindən
    tanımaq olurdu.

    Kənd sakinlərindən onu da öyrəndik ki, o zamanlar Balaxanı
    milyonçuları arasında quyu fontan vuranda ağ kostyum geyinib pencəyin
    yaxalığına qara neft çiləmək kimi böyük və indi bəlkə də sirli görünən bir ayin
    olub. Bunun adına neft mərasimi deyilirdi. İnanca görə, ağ paltarın üstündəki o
    qara ləkələr xeyir-bərəkət rəmzi idi. Milyonçular üstündə yağlı neft ləkələri
    olan o bahalı paltarlarını çıxarıb evdə saxlayar, yudurtmazdılar.

    Balaxanı kəndini gəzdikcə orta əsrlərə aid memarlıq abidələri, müxtəlif
    türbələr qarşımıza çıxır. Kəndin ərazisi geniş olsa da məhəllələr olduqca
    darısqaldır. Maraqlısı odur ki, kənddə nə az, nə çox - düz 3 məktəb fəaliyyət
    göstərir. Onlardan biri rus təmayüllü məktəbdir. Balaxanı məhəllələrində xeyli
    sayda "nikolayski” üslubunda inşa olunmuş evlərə də rast gəldik. Qırmızı üzlük vurulmuş
    bu evlər indiyə qədər möhkəmliyini saxlayıb.

    Balaxanıdakı qədimdən qalma "Cümə məscidi” bu gün də kənd
    əhlinin üz tutduğu müqəddəs məkandır. Kənd qəbiristanlığında orta əsrlərdən
    qalmış başqa bir məscid isə sovet dönəmində dağıdılmışdı. Onun yanında tarixi
    abidə - İbrahim Şirvanşahın vəzirinin 1427-ci ildə oğlunun şərəfinə ucaltdığı
    "Şakir ağa” türbəsi yerləşir. Bu abidə də dağıdılaraq sıradan çıxıb. Bu türbəni
    bir dəfə sovet dövründə kommunist quldurları "dini abidə” deyərək dağıdıblar.
    Bu türbədə 1976-cı ildə qazıntı işləri apararkən onun təməlindən qızıl
    tapırlar. Həmin qızıllarla türbəni yararsız vəziyyətdə təmir edirlər. Sonralar
    bu əməliyyatda xeyli yeyinti faktı aşkarlanır və iştirakçılar həbs edilir.
    Türbə isə dağılmaqda davam edir.

    Kəndin başqa bir ərazisində isə karvansara var - Şah Səfi karvansarası.
    Balaxanıdakı tarixi abidələr arasında bu karvansaranın vəziyyəti bir az
    babatdır. 1643-cü ildə inşa edilmiş bu abidə İpək Yolunun üstündə olduğundan o
    zamankı bütün tacirlərin yolu buradan düşüb. Hazırda bu karvansaranın da təmirə
    ehtiyacı var. Deyilənə görə, erməni-bolşevik dövründə ölümə məhkum olunmuş
    adamları bu tarixi abidələrin qarşısında güllələyirmişlər.

    Baxış: 751 | Əlavə edib: Bioatom | Reytinq: 0.0/0
    Şərhlər: 0
    Yalnız qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Daxil ol ]