Çərşəmbə
01 Мая 2024
00.07.21
Axtarış
BİZƏ MƏSLƏHƏTİNİZ
200
STATİSTİKA

Online cəmi : 1
Qonaqlar: 1
İstifadəçilər: 0
XƏBƏR SAYI
  • Bioatom 26
  • İlahe 7
  • Bexoneuc 2
  • TaHoE 2
  • Ibadulla 0
  • ŞƏKİL ƏLAVƏ EDƏN
  • Bioatom 394
  • MIN_ZX 26
  • Cahangesht 5
  • Bexoneuc 4
  • TeNhA-OqLaN 0
  • ƏN SON XƏBƏRLƏR
    Bu gün material əlavə olunmayıb
    İSTİFADƏ ETDİYİNİZ BROWZER
    Kalendar
    «  Aprel 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Ən son şəkillər
    Sosial blok

    BALAXANI

    Əsas » 2010 » Aprel » 17 » DÜNYANIN YEDDİ NEFT MAQNATINDAN BİRİNİN KƏNDİ - BALAXANI
    16.16.15
    DÜNYANIN YEDDİ NEFT MAQNATINDAN BİRİNİN KƏNDİ - BALAXANI

    Bakı kəndləri bizim gözümüzlə...
    "Günlərin birində Bakının mərkəzində Nobel qardaşlarına məxsus maşını görən milyonçulardan birini maraq götürür. Milyonçu ilk dəfə atsız araba gördüyündən bərk təəccüblənir. Sonra da bu qəribə arabaya minmək qərarına gəlir. Bunun müqabilində sürücüyə çoxlu pul verəcəyini deyir. Şəhərin mərkəzindən Balaxanı kəndinə onu aparması üçün 10 qızıla sövdələşir. Bir qədər gedəndən sonra sürücü maşının siqnalını basır və siqnal milyonçunun xoşuna gəlir. Sürücüyə hər vurduğu siqnala görə bir qızıl verməyə başlayan milyonçu Balaxanının mərkəzində atsız arabadan düşür.

    Kənd əhlinin maraqla baxdığı bu araba gedəndən sonra milyonçudan ona minmək üçün nə qədər pul verməsini xəbər alırlar. Milyonçu da deyir ki, atsız arabada gəzmək elə də baha deyil, amma siqnalın pulu arabaya minməkdən baha başa gəldi".
    Bu əhvalatı bizə Balaxanı kənd sakini Emin danışdı. Onun sözlərinə görə, Balaxanıda çoxlu milyonçular yaşayıb. Ümumiyyətlə, Balaxanı kəndinin özünəməxsus koloriti, tarixdə özəl bir yeri var. Bunun da ilk səbəbi kəndin neft buruqları arasında yerləşməsi, zənginliyi ilə əlaqədardır.
    Balaxanı kəndi Bakının əsas sənaye və neft mərkəzlərindən biri olub. Elə indinin özündə də kənardan baxanda elə bilirsən ki, kənd neft buruqları içində sanki üzür. Bir vaxtlar Bakı milyonçularının, Nobel qardaşlarının Balaxanıda neft mədənləri, neft emalı zavodları və qurğuları olub. Kənd və burada yaşamış milyonçuların da maraqlı tarixçəsi var. Odur ki, bu bazar da yolumuzu Bakının ən qədim, ən zəngin, ümumiyyətlə, "ən” ədatı ilə başlayan bir çox sifətlərinə malik Balaxanı kəndinə saldıq.


    Baxış: 727 | Əlavə edib: Bioatom | Reytinq: 0.0/0
    Şərhlər: 0
    Yalnız qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Daxil ol ]