Çərşəmbə axşamı
30 Апреля 2024
13.57.40
Axtarış
BİZƏ MƏSLƏHƏTİNİZ
200
STATİSTİKA

Online cəmi : 1
Qonaqlar: 1
İstifadəçilər: 0
XƏBƏR SAYI
  • Bioatom 26
  • İlahe 7
  • Bexoneuc 2
  • TaHoE 2
  • Ibadulla 0
  • ŞƏKİL ƏLAVƏ EDƏN
  • Bioatom 394
  • MIN_ZX 26
  • Cahangesht 5
  • Bexoneuc 4
  • TeNhA-OqLaN 0
  • ƏN SON XƏBƏRLƏR
    Bu gün material əlavə olunmayıb
    İSTİFADƏ ETDİYİNİZ BROWZER
    Kalendar
    «  Aprel 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Ən son şəkillər
    Sosial blok

    BALAXANI

    Əsas » 2010 » Aprel » 17 » Nərimanovun tamada olduğu bolşevik toyunda menşevik mahnısı
    16.39.57
    Nərimanovun tamada olduğu bolşevik toyunda menşevik mahnısı





    K.Qədimov milyonçu babasından qalma misli görünməmiş divar saatını göstərib onu Avropadan aldığını bildirir: "Saatın kəfkiri 27 kiloluq qızıldan olub. Nənəm deyirdi ki, biz gizlənqaç oyunu oynayarkən saatın kəfkirinin arxasında gizlənərdik. Qızıl-brilyanta isə adi metal və şüşə kimi baxırmışlar”.
    Məşədi Kampanın bir kəndli ilə dillər əzbəri olan söhbəti hələ də unudulmayıb. Bir kəndli Məşədi Kampana yaxınlaşıb "sovet gəlir” deyir. Məşədi Kampan əlindəki şir başlı əsanı göstərir: "İndi əsanın lap başındayam, kəndli ortasında, sovet hökuməti isə aşağıda - torpağa dəyən hissədədir. Sovet hökuməti gəlirsə, əsa tərsinə çevriləcək. Onlar əsanın yuxarısında, mən isə aşağısında olacağam. Yəni sənin yerin dəyişməz qalacaq”.
    Milyonçunun nəticəsi maraqlı bir əhvalatı danışır: "Məşədi Kampanı Bakı kəndlərinin birinə toya dəvət edirlər. Toyda iştirak edənlərin əksəriyyəti bolşeviklər olub. Məclisin tamadası Nəriman Nərimanov, oxuyan isə xanəndə Cabbar Qaryağdıoğlu olub. Toyda mahnı sifarişi növbəsi Məşədi Kampana çatır. Nəriman Nərimanov Kampandan hansı mahnının istədiyini soruşur. Məşədi Kampan bir menşevik mahnısı istəyir. Aləm dəyir bir-birinə. Nərimanov Məşədi Kampanın sözünü yerə sala bilmir. Həmçinin yaxşı başa düşür ki, bolşevik toyunda menşevik mahnısının çalınması yuxarıların qəzəbinə səbəb olacaq. Ancaq Kampanın ”zakazı" oxunur. Nərimanov vəziyyətdən çıxmaq üçün "camaat, menşevik mahnısını eşitdinizmi” deyə soruşanda hamı bir ağızdan "yox” deyib".

    Baxış: 847 | Əlavə edib: Bioatom | Reytinq: 0.0/0
    Şərhlər: 0
    Yalnız qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Daxil ol ]