Cümə
03 Мая 2024
17.53.09
Axtarış
BİZƏ MƏSLƏHƏTİNİZ
200
STATİSTİKA

Online cəmi : 1
Qonaqlar: 1
İstifadəçilər: 0
XƏBƏR SAYI
  • Bioatom 26
  • İlahe 7
  • Bexoneuc 2
  • TaHoE 2
  • Ibadulla 0
  • ŞƏKİL ƏLAVƏ EDƏN
  • Bioatom 394
  • MIN_ZX 26
  • Cahangesht 5
  • Bexoneuc 4
  • TeNhA-OqLaN 0
  • ƏN SON XƏBƏRLƏR
    Bu gün material əlavə olunmayıb
    İSTİFADƏ ETDİYİNİZ BROWZER
    Kalendar
    «  Avqust 2010  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Ən son şəkillər
    Sosial blok

    BALAXANI

    Əsas » 2010 » Avqust » 29 » AĞAHÜSEYN RƏSULZADƏ
    14.21.52
    AĞAHÜSEYN RƏSULZADƏ


    Rəsulzadə Ağahüseyn Əli oğlu – şair, publisist, 1934-cü ildən AYB-nın üzvü.

    1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmişdir. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənmişdir. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. Balaxanı rayon şurası İcraiyyə Komitəsinin müavini, sonra sədri olmuşdur. Bakı sovetinə üzv seçilmişdir.
    Bir sıra məsul partiya və sovet vəzifələrində çalışmışdır (1928-1933). Şuşada «Azərbaycan ədəbiyyatı cəmiyyəti» şöbəsinə başçılıq etmişdir. Azərbaycan Yazıçılar İttifaqının yaradıcılarından biri olmuşdur. Həyatının son dövrlərində «Yeni yol» qəzeti redaksiyasında redaktor müavini işləmişdir.
    «Nöqsanlarımız» (1911), «Muzdur» kitablarının müəllifi olmuşdur.
    1938-ci il cəza tədbirləri dövrünün qurbanı olmuşdur.
    Baxış: 877 | Əlavə edib: Bioatom | Reytinq: 0.0/0
    Şərhlər: 1
    0  
    1 Bioatom   (29 Августа 2010 14.22.30) [Material]
    Sairimiz wink

    Yalnız qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Daxil ol ]