Cümə
03 Мая 2024
07.55.51
Axtarış
BİZƏ MƏSLƏHƏTİNİZ
200
STATİSTİKA

Online cəmi : 1
Qonaqlar: 1
İstifadəçilər: 0
XƏBƏR SAYI
  • Bioatom 26
  • İlahe 7
  • Bexoneuc 2
  • TaHoE 2
  • Ibadulla 0
  • ŞƏKİL ƏLAVƏ EDƏN
  • Bioatom 394
  • MIN_ZX 26
  • Cahangesht 5
  • Bexoneuc 4
  • TeNhA-OqLaN 0
  • ƏN SON XƏBƏRLƏR
    Bu gün material əlavə olunmayıb
    İSTİFADƏ ETDİYİNİZ BROWZER
    Kalendar
    «  Sentyabr 2010  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930
    Ən son şəkillər
    Sosial blok

    BALAXANI

    Əsas » 2010 » Sentyabr » 10 » Balaxanı nefti
    18.05.26
    Balaxanı nefti


    Balaxanı haqqında söz düşərkən ilk ağla gələn neft olur. Yerin təkindən hasil edilən "qara və ağ yağ” çox-çox əsrlər əvvəllərdən bu kəndin sakinlərinə həm xoşbəxtlik, həm də bədbəxtlik gətirib. Üzdə olan dayaz quyulardan əllə çıxarılan bu qiymətli mayedən camaat həm özü yanacaq və müxtəlif xəstəliklərə qarşı dərman kimi istifadə edirmiş, həm də onu tuluqlara dolduraraq karvan-karvan bütün Azərbaycana və uzaq ölkələrə ixrac edərmiş.
    Neft quyularından birində tapılmış daş parçasının üzərindəki yazıdan məlum olur ki, quyu hələ 1594-cü ildə Allahyar Məmmədnur tərəfindən qazılıb. Rusiya Bakını işğal edəndən sonra, 1820-ci ildən etibarən Abşeronun bütün neft quyuları dövlət xəzinəsinin ixtiyarına keçir və onlar ayrı-ayrı adamlara dörd illiyə icarəyə verilərək, əvəzində kirayə haqqı alınırdı. 1825-ci ildə Balaxanıda 82 dövlət və onlarca icarəyə verilmiş neft quyusu olub.
    XIX əsrin 70-ci illərini Bakı nefti tarixində "fontanlar dövrü” adlandırmaq olar. Neft hasilatını artırmaq məqsədilə yeni texniki üsullardan istifadə olunurdu. 1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır. Quyu gözlənilmədən elə fontan vurub ki, üç gün ərzində hər tərəf neft gölünə dönüb. 1873-1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.
    Balaxanıda ilk neft quyusunun şərəfinə abidə qoyulub. Sovet dövründə bu abidə ziyarət yerinə çevrilmişdi, burada pionerlərin boynundan qırmızı qalstuk asılır, gənclərə komsomol bileti verilirdi. Lakin hazırda bu abidədən iz qalmayıb.
    XX əsrin əvvəlində Bakıda sol (bolşevizm) təmayüllü inqilabi hərəkat genişlənəndə Balaxanı neft mədənləri bu hərəkatın mərkəzinə çevrilib. Balaxanıda inqilabi hərəkata başlayanlardan biri də keçmiş SSRİ-nin rəhbəri İosif Stalin olib. Stalin Balaxanıda inqilabi iş aparanda onun partiya ləqəbi "Koba” olub. Mühacirətdə yaşamış Azərbaycan yazıçısı Əsəd bəy "Stalin” adlı kitabında onun Balaxanıdakı fəaliyyətindən geniş bəhs edir. Elə inqilabi mövzuda çəkilmiş "Səhər” filmi də Balaxanıda lentə alınıb.
    Baxış: 2215 | Əlavə edib: Bioatom | Reytinq: 5.0/160
    Şərhlər: 4
    0  
    4 Bioatom   (16 Ноября 2010 15.56.55) [Material]
    wink

    +1  
    3 iqbal   (15 Ноября 2010 01.23.34) [Material]
    Eladi axira kimi oxudum bele xeberler tez tez yazin ki bizde oxuyaq

    +1  
    2 İlahe   (13 Сентября 2010 20.02.34) [Material]
    applause

    0  
    1 Bioatom   (10 Сентября 2010 18.06.02) [Material]
    smile

    Yalnız qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Daxil ol ]