Cümə
03 Мая 2024
12.23.58
Axtarış
BİZƏ MƏSLƏHƏTİNİZ
200
STATİSTİKA

Online cəmi : 1
Qonaqlar: 1
İstifadəçilər: 0
XƏBƏR SAYI
  • Bioatom 26
  • İlahe 7
  • Bexoneuc 2
  • TaHoE 2
  • Ibadulla 0
  • ŞƏKİL ƏLAVƏ EDƏN
  • Bioatom 394
  • MIN_ZX 26
  • Cahangesht 5
  • Bexoneuc 4
  • TeNhA-OqLaN 0
  • ƏN SON XƏBƏRLƏR
    Bu gün material əlavə olunmayıb
    İSTİFADƏ ETDİYİNİZ BROWZER
    Kalendar
    «  Sentyabr 2010  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930
    Ən son şəkillər
    Sosial blok

    BALAXANI

    Əsas » 2010 » Sentyabr » 10 » Balaxanı tarixi...
    17.46.46
    Balaxanı tarixi...

    Bakı kəndləri arasında Balaxanı tarixən tutduğu iqtisadi mövqeyə və qədim irsinə görə seçilir. Kənd Bakının şimal-qərbində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Digah və Məhəmmədi kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki - "Yuxarı” və "Aşağı” - məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu kəndi”, cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi” adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir.

    Kəndin adının mənası Qılman İlkinin "Bakı və bakılılar” kitabında qeyd olunub: "bala” - yuxarı, hündür, "xana” - ev deməkdir. Balaxana qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa (mezonin, yaxud antrosol) deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı. Hazırda belə otaqlar Bakının 40 kilometrliyində, 1439-1440-cı illərdə tikilmiş Səngəçal karvansarasının və Suraxanıdakı 1713-cü ildə inşa edilmiş Atəşgahın qapısı üstündə var.
    Bələdçim Balaxanı kəndinin Xalq teatrında uzun illər rejissor işləyən Akif Əzimovun dediyinə görə, qədimdə burada əksər evlərdə balkonlar (eyvan) olardı. Balaxanı sözünün bir mənasının da kənd sakinlərinin "balxon” dediyi bu eyvanlardan götürülməsi ehtimal olunur.
    Abşeronda neft istehsalından öncəki dövrdə (XIX əsrin ortalarınadək) kənd əhalisinin əsas məşğuliyyəti ənənəvi olaraq əkinçilik, bağçılıq, bostan bitkiləri əkini və maldarlıq olub. Kəndin kənarındakı Böyükşor gölünün yaxınlığında üzümlüklərdə məşhur üzüm növləri becərilirmiş.
    Vaxtilə Böyükşordan bir az yuxarıda iki kiçik göl də olub ki, bunlara "Qoşanohur” deyirmişlər. Hazırda həmin ərazi quruyub. Kənddən təxminən 1 km şimalda 4 böyük bağ olub ki, onları suvarmaq üçün 15 quyu qazılıbmış. Həmin quyulardan kənd camaatı da istifadə edirmiş. İndi buralarda neft buruqları ucalır.
    Həmçinin kəndin qərbində "Norazan dərə” adlanan yerdə də bərəkətli bağlar, dərənin cənubunda isə "Pür-Qübbə” adlanan yüksək bəhrəli əkin sahələri olub. "Qırməki” adlanan yerdən keyfiyyətli qır çıxarılarmış və onunla kənddəki evlərin damları qırlanarmış.

    Baxış: 2633 | Əlavə edib: Bioatom | Reytinq: 10.0/5
    Şərhlər: 3
    0  
    3 manaf   (19 Мая 2013 23.35.55) [Material]
    salam

    0  
    2 Nermine   (26 Января 2011 08.39.24) [Material]
    Tesekkurler oz kendimin tarixini bilmek mene de yaxsi oldu

    0  
    1 Bioatom   (10 Сентября 2010 17.55.24) [Material]
    cool

    Yalnız qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Daxil ol ]