Əsas » 2010 » Avqust » 1 » Balaxanı tarixinə aid maraqlı faktlar
14.54.26
Balaxanı tarixinə aid maraqlı faktlar
Balaxanı kəndini gəzdikcə orta əsrlərə aid memarlıq abidələrinə,
müxtəlif türbələrə rast gəlinir. Kəndin ərazisi geniş olsa da
məhəllələr olduqca darısqaldır.kənddə nə az, nə çox - düz 3 məktəb
fəaliyyət göstərir. Onlardan biri rus təmayüllü məktəbdir.. Balaxanıdakı
qədimdən qalma "Cümə məscidi” bu gün də kənd əhlinin üz tutduğu
müqəddəs məkandır. Kənd qəbiristanlığında orta əsrlərdən qalmış başqa
bir məscid isə sovet dönəmində dağıdılmışdı. Onun yanında tarixi abidə
- İbrahim Şirvanşahın vəzirinin 1427-ci ildə oğlunun şərəfinə ucaltdığı
"Şakir ağa” türbəsi yerləşir. Bu abidə də dağıdılaraq sıradan çıxıb. Bu
türbəni bir dəfə sovet dövründə kommunist quldurları "dini abidə”
deyərək dağıdıblar. Bu türbədə 1976-cı ildə qazıntı işləri apararkən
onun təməlindən qızıl tapırlar. Həmin qızıllarla türbəni yararsız
vəziyyətdə təmir edirlər. Sonralar bu əməliyyatda xeyli yeyinti faktı
aşkarlanır və iştirakçılar həbs edilir. Türbə isə dağılmaqda davam edir. Kəndin
başqa bir ərazisində isə karvansara var - Şah Səfi karvansarası.
Balaxanıdakı tarixi abidələr arasında bu karvansaranın vəziyyəti bir az
babatdır. 1643-cü ildə inşa edilmiş bu abidə İpək Yolunun üstündə
olduğundan o zamankı bütün tacirlərin yolu buradan düşüb. Məlumata gorə İlahəyə təşəkkürlər
Hələlik bütün mövzulara ümumi toxunulub amma geleceyde bunların hamısı haqqında etraflı danışılacaq...