Çərşəmbə axşamı
30 Апреля 2024
19.52.14
Axtarış
BİZƏ MƏSLƏHƏTİNİZ
200
STATİSTİKA

Online cəmi : 1
Qonaqlar: 1
İstifadəçilər: 0
XƏBƏR SAYI
  • Bioatom 26
  • İlahe 7
  • Bexoneuc 2
  • TaHoE 2
  • Ibadulla 0
  • ŞƏKİL ƏLAVƏ EDƏN
  • Bioatom 394
  • MIN_ZX 26
  • Cahangesht 5
  • Bexoneuc 4
  • TeNhA-OqLaN 0
  • ƏN SON XƏBƏRLƏR
    Bu gün material əlavə olunmayıb
    İSTİFADƏ ETDİYİNİZ BROWZER
    Kalendar
    «  Aprel 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Ən son şəkillər
    Sosial blok

    BALAXANI

    Əsas » 2010 » Aprel » 17 » Əlibaxış, yoxsa Mer Kampan?
    16.35.49
    Əlibaxış, yoxsa Mer Kampan?

    Balaxanı qəbiristanlığında dünyadakı 7-ci neft maqnatlarından biri olan Kampan Qədimov uyuyur. Biz orada neft maqnatının adına layiq dəbdəbəli bir qəbir daşı görəcəyimizi gözləyirdik. Amma kənd axundu kiçik və sadə qəbir daşını göstərir: "Bu, neft maqnatı Kampanın qəbridir”.

    Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof” yazılmışdı. K.Qədimovun evi kəndin mərkəzində hələ də qorunur. Onu da deyək ki, 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Məşədi Kampanın nəticəsi ilə ulu babası haqda söhbətləşirik: "Ulu babamın əsl adı Əlibaxış olub. Nobel qardaşları kimi digər neft milyonçuları özlərinə kompaniya yaratmaq istəyiblər. Bu məqsədlə qruplarına daxil etmək üçün özlərinə yeddinci neft maqnatı axtarıblar. İngilislər Bakı kəndlərində tez-tez olublarmış. Yəqin ulu babamın neft maqnatları ilə tanışlığı Balaxanıda olub. Sonda Məşədi Kampan yeddinci neft maqnatı qrupuna daxil olub”.
    K.Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da ”nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin. Sonra da deyirmiş ki, amma bu pulu mənim verməyim heç vaxt bilinməsin və adım heç yerdə hallanmasın. Qış aylarında kənddəki kasıblara yardım etmək üçün nə lazımdırsa bir kisəyə yığılmasını tapşırarmış. Sonra o kisələri aparıb kasıbların qapısı ağzına qoyurmuşlar".
    Sovet hakimiyyəti dövründə milyonçulara qarşı aparılan repressiya Məşədi Kampandan yan keçib. O dövrün hakimiyyəti Məşədi Kampana kasıblara yardım etdiyinə görə dəyməyib. Nəticəsi Məşədi Kampanın ölümündən sonra mal-mülkünün müsadirə olunduğunu deyir: "1928-ci ildə rəhmətə gedib. Sovet hökuməti 21 otaqdan ibarət evi əlimizdən aldı. Nənəm danışırdı ki, evimizdən qızıl-zinət əşyalarını aparmaq üçün hər gün dörd böyük yük maşını gəlirdi. Sovet hökumətinin yağmalama prosesi 1961-ci ilə kimi davam etdi. Çarpışıb-vuruşaraq dədə-baba evimizi geri qaytara bildik”...

    Baxış: 1162 | Əlavə edib: Bioatom | Reytinq: 0.0/0
    Şərhlər: 1
    0  
    1 Qedir   (03 Ноября 2014 22.13.47) [Material]
    Mer Kampan deyileee o Gedin tezeden Baxin Mewedi Kampan yazilib yaxshi diqqetle baxin
    O vaxt Mer olub?

    vay vay

    Yalnız qeydiyyatdan keçən istifadəçilər şərh yaza bilərlər
    [ Qeydiyyat | Daxil ol ]